Vətəndaşlardan odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağaəli Şahgəldiyevdən “AK” markalı silah götürülüb.
Bundan başqa Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Narlıq kənd sakinləri Vurğun Əsədovdan və Rəşad Qəhrəmanovdan müvafiq olaraq 2 ədəd nömrəsi silinmiş və sənədləri olmayan “TOZ-16” markalı tüfənglər götürülüb.
Anar
Gununsesi.info