Polisin “saxla” işarəsinə əməl etmədi – Avtomobillə qəza törətdi

  • By admin
  • 20 Sentyabr 2021 14:26

Tovuzda polisə tabe olmayan şəxs qəza törədib.

Gununsesi.info xəbər verir ki, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 17-də saat 14 radələrində Hunanlar kəndi ərazisində kənd sakini, barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə – külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi olan, əvvəllər məhkum olunmuş C.Əliyevin idarə etdiyi “VAZ-2108” markalı avtomobilə saxla işarəsi verilib. Lakin sürücü hərəkəti davam etdirərək maneəyə vurub.

Avtomobilə baxış zamanı oradan 19,1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Gununsesi.info