Polisin saxladığı blogerlərdən nə xəbər var?

  • By admin
  • 14 Mart 2021 15:50

Bu gün səhər saatlarında bloger Mehman Hüseynov və NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu barədə sosial şəbəkə hesabında yazan Mehman Hüseynov bildirib ki, Novxanıda çəkilişdən qayıdarkən saxlanılıblar.

Sosial şəbəkələrdə yayılan xəbərlərdə isə bildirilir ki, Abşeron Polis İdarəsinə aparılan gəncləri  daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıblar.

Daxili İşlər Nazirliyindəm məsələ münasibət öyrənmək mümkün olmayıb.