Polisin saxladığı cəbhəçi xanım sərbəst buraxılır

  • By admin
  • 14 Noyabr 2021 11:40

‘İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur. Onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib. Hazırda sağlamlıq vəziyyəti stabildir”.

Gununsesi.info bildirir ki, bunu DİN sözçüsü Elşad Hacıyev AXCP fəali İorina Natalya Vyaçeslavovnanın təkbaşına aksiya keçirən zaman polis tərəfindən saxlanılması barədə xəbərə münasibətində deyib.

Elşad Hacıyevin sözlərinə görə, adıçəkilən xanımın  yaxınsaatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaqdır:

“Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir”.

Gülnar

Gununsesi.info