Polisin xidməti maşınındakı qızlarla bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb. 

Gununsesi.info-nun xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

HTML tutorial

“Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır”, – rəsmi açıqlamada qeyd olunub.

Gununsesi.info