Polislər 17,3 kiloqrama yaxın narkotik vasitə aşkarladılar

Polis əməkdaşlarının martın 31-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Gununsesi.info-ya bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan çox marixuana, 5,7 kiloqrama yaxın tiryək, 3,6 kiloqramdan çox metamfetamin, 670 qram həşiş qatranı olub.

HTML tutorial

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Gununsesi.info