“Polislər evimi başıma uçurtdular” – Vətəndaş nazirə müraciət edir / VİDEO+FOTOLAR

  • By arzu
  • 26 Sentyabr 2023 19:48

Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Məfkurə Mustafayeva redaksiyamıza müraciət edib.

Gununsesi.info-ya müraciət edən vətəndaşın sözlərinə görə, Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovun şəxsi istəyi ilə onun başına ağılagəlməz oyun açılıb. Belə ki, Mustafayeva 48 saat polis şöbəsinə dəvət edilərək “şübhəli şəxs” kimi saxlanılıb.

Halbuki “şübhəli şəxs” hansısa cinayətdə ittiham olunan şəxs statusuna malikdir. Ancaq həmin qadını “şübhəli şəxs” adı ilə polisdə saxlayıblar. Və həmin müddətdə onun evinin uçurulması əməliyyatı başlanılıb.

Gununsesi.info-ya üz tutan Xəzər rayon sakini Məfkurə Mustafayeva dövlət başçısı İlham Əliyevdən və daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyir.

 

Mustafayeva bildirir ki, Eyvazov polislərin neqativ hərəkətlərinə qarşı ciddi tədbirlər görüb. İnanır ki, polis rəisinin başqa bir şəxslərlə birgə planı nəticəsində uçurulan əmlakı və əlindən alınan torpağı özünə qaytarılacaq.

 

 

Arzu

Gununsesi.info