Polislər intihar etmək istəyən gənc qadını xilas ediblər

  • By admin
  • 12 Fevral 2018 18:02

Bu günlərdə Xəzər Rayon Polis İdarəsinə «Mərdəkan körpüsü» deyilən yerdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, idarədən yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat ötürülüb. Post-Patrul Xidməti bölüyünün əməkdaşları-polis serjantları Elvin Ramazanov və Məhəbbət Gözəlov hadisə yerinə gedib.

Təxminən 20-21 yaşlı qadın körpünün dəmir barmaqlıqlarını keçərək özünü aşağı atacağını deyirmiş. M. Gözəlov yaxınlaşaraq, onunla söhbət edib, fikrindən yayındırmağa çalışıb. E. Ramazanov isə arxadan qadını tutaraq, ölümdən xilas edib.

Gununsesi.info