Polislər qəza törətdi - YARALILAR VAR

  • By admin
  • 30 Avqust 2017 09:18
59a64e1369cb7_1504069668_qdeqdeq
Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.
Nəticədə iki polis əməkdaşı, rayon sakinləri – 25 yaşlı Xəyal Məmmədov və 26 yaşlı Arzu Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info