Polislərlə üsyançılar arasında toqquşma: 24 ÖLÜ, 6 YARALI

  • By admin
  • 25 Aprel 2017 11:36

Aprelin 25-də Hindistanda Maocu üsyançıları ilə polis qüvvələri arasında qarşıdurma baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Hindistanın Çatisqarx əyalətinin polis məmuru Anand Chhabra məlumat verib.

Belə ki, hadisə Hindistanın Çatisqarx əyalətinin Sukma şəhərində qeydə alınıb. Maocu üsyançıları əraziyə gələn polis patrul qüvvələrini pusquya salaraq atəşə tutublar.

İlkin məlumata görə, qarşıdurma zamanı 24 polis həyatını itirib, 6-sı isə ağır yaralanıb.

Xatırladaq ki, bir müddət öncə Maocu üsyançıları polis konvoyuna hücum edərək 12 polisi öldürüblər.

Anar

Gununsesi.info