Polislər tərəfindən döyüldüyünü iddia edən pedofil həbsxanada ölü tapıldı

  • By admin
  • 29 İyul 2020 16:22

Rusiyanın Boroviçi şəhərində polisləri onu döyməkdə ittiham edən pedofil həbsxanadakı kamerada ölü tapılıb.

Gununsesi.org bildirir ki, bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

O, döşəmədə uzanmış vəziyyətdə aşkar olunub və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Lakin məhkumun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, Yuri İvşin ikiyaruslu çarpayının ikinci mərtəbəsindən yıxılıb.

Hazırda bununla bağlı istintaq davam edir.

54 yaşlı İvşin ötən ilin yazında saxlanılıb. O, bir neçə uşağı zorlamaqda ittiham olunub. Pedofil saxlanılarkən polislər tərəfindən döyüldüyünü dedikdən sonra əməliyyatda iştirak edən üç asayiş keşikçisi də saxlanılıb.

Bundan sonra Boroviçi şəhər sakinləri saxlanılan polis əməkdaşlarını dəstəkləmək üçün küçələrə axışıblar.

İstintaqdan sonra polislər azadlığa buraxılıblar.

Gununsesi.org