Politoloq: Britaniyanın Aİ-dən çıxaması demokratiyanın fiaskosudur

  • By admin
  • 24 İyun 2016 11:30

zerdust_elizade_012

 

Böyük Britaniyanın Avropa Birlyindən çıxaması ilə nəticələnən referendum dünya miqyasında demokratik layihənin fiaskoya uğramasıdır. Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Britaniyanın Avropa Birliyindən çıxması ümumilikdə fəlakət olmasa da, bunu demokratik ölkələrin birləşərək qloballaşma layihəsinin uğursuzluğu kimi dəyərləndirmək olar. “Bu prosesin davamlı olması ehtimalı var. Artıq bir müddət öncə İsveçrədə Avropa Birlyinə girməklə bağlı ərizələrini geri götürmək niyyətində olduğunu bəyan edib. Bundan əlavə İtaliyada da Avropa Birliyindən çxmaqla bağlı fikirlər səslənir. Bir sözlə desək Avropa Birliyi yeni böhranla üzləşib”, – deyə poliroloq vurğuladı.

Z.Əlizadə hesab edir ki, Avroa Birliyi təcili olaraq islahatlar aparıb yeni keyfiyyətə fəaliyyətini qurarsa qurumda parçalanma prosesi dayana bilər: “Hər halda bu ciddi narahatçılıq doğuran məqamdır və bu problem göz onündədir.” Politoloq onu da əlavə etdi ki, bu hadisə demokratiyanın özbaşınalığının nəticəsidir. “Çünki Avropa Birliyi rəhbərliyi ilə sıravi vətəndaşı arasındakı əlaqənin zəif olması çoxdankı problem idi”, – deyə o bildirdi.

Politoloq bildirdi ki, bu rposes Britaniya üçün də yaxşı olmayacaq: “Ola bilsin ki, Şotlandiya da növbəti dəfə Böyük Britaniyadan çıxmaq məsləsini gündəmə gətirə bilər.”

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyada Avropadan çıxmaq barədə referendum keçirilib və britaniyalılar bu qurumdan çıxmağa üstünlük verib.

 

Mürtəza Bunyadlı