
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni təyinat olub.
Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Gununsesi.info-ya məlumat verib.
O bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinə dekan əvəzi təyin olunub.
Fakültəyə dekan seçkiləri isə oktyabrda keçiriləcək.
Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.
Gülnnaz Qənbərli
Gununsesi.info