Politoloq: “Gülənçilər”in Azərbaycanda çevriliş etmək potensialına malik olması inandırıcı deyil”

  • By admin
  • 01 Avqust 2016 16:26

1468129405_tofiq-abbasov

 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülən tərəfdarlarının Azərbaycanda hakimiyyət çevrilişi etmək potensialına malik olması bir o qədər də inandırıcı görünmür”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, əgər belə bir fikri hər hansı ölkənin başçısı deyirsə, yəqin ki, səslənən fikirlər Azərbaycan dövləti və hökumətinin müvafiq qurumları tərəfindən nəzərə alınıb, araşdırma aparılacaq.

“Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycan dövlətinin aidiyyatı orqanları öz mövqelərini bildirəcək”- deyə, o vurğulayıb. Politoloq əlavə edib ki, bu gün Türkiyədə ictimai-siyasi sabtilik pozulub və siyasi qrular arasında ciddi gərginlik yaşanır: “Ola bilsin ki, belə şəraitdə ölkədəki siyasi rənglər bir az da tündləşdirilir”. Bununla belə, politoloq xatırladıb ki, hələ bir neçə il bundan öncə hər iki ölkənin mediasında adıçəkilən məsələ gündəmə gəlmişdi və hətta, o zaman Türkiyə tərəfinin guya ortada Fətullah Gülən tərəfdarları ilə bağlı siyahının olduğu, onların hansı qrurumlarda çalışdığı, onların işdən çıxarılması və bəzilərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı fikirlər səslənirdi. “Ancaq Ərdoğanın səsləndirdiyi fikirlərin nə qədər həqiqətəuyğun olması barədə səslənən fikirlərə ancaq müvafiq dövlət qurumları cavab verə bilər. Yəqin ki, Azərbaycan tərəfi Ərdoğanın dediklərinə biganə qlmayacaq və öz araşdırmalarını aparacaqlar və tədbirlərini görəcəklər. Hesab edirəm ki, Azərbaycanda hər zaman belə məsələlər diqqətdə saxlanılır və proflaktik tədbirlər görülüb, zamanında zərərziləşdirilir”- deyə, politoloq qeyd edib.

Mürtəza

Gununsesi.info