Politoloqdan ölkəyə gələn turistlərlə bağlı maraqlı reaksiya

  • By admin
  • 06 Yanvar 2017 11:04
Elxan Shahinoglu
“Əgər qapılarını turistlərə açmısansa, “Sən gəl, o birisi gəlməsin” deyə bilməzsən, bunu demək istəsən belə reallaşdırılması mexanizmi yoxdur. Bu cür yanaşma irqi və milli ayrı-seçkilikdir, rasist yanaşmadır”.
Gununsesi.info xəbər verir ki, bu fikri “Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri Elxan Şahinoğlu son zamanlarda  sosial şəbəkələrdə bir çox tanınmış insanların ərəb turistlərin ölkəyə axını ilə bağlı narahatçılığını ifadə edən statuslarına reaksiyası zamanı deyib.
 E.Şahinoğlu bildirib ki, bu günlərdə sabiq nazirlərdən biri, daha dəqiqliklə desək sabiq maliyyə naziri Fikrət Yusifov  “Facebook” səhifəsində  ölkəyə gələn ərəblərlə bağlı narahatçılğını ifadə edən statsu paylaşıb: “O statusunda  bildirib: “Ərəblərin xeyri lazım deyil, ziyanlarını istəmirik. Bu ərəblərin Azərbaycana axını artdıqca mənim içimdə narahatlıq da böyüyür. Çünkı bunlar olan yerdə sabitlik olmur. Bütün bunların kökündə isə onların təbiət etibarılə cahil olmaları dayanır. Bir baxın ərəb dünyasına, görün bu gün orada nələr baş verir? Düşünürəm onları məsafədə saxlasaq daha yaxşı olar”.
Politoloq deyib ki,  bu sözləri keçmiş nazirlərdən biri öz statusunda yazıb.
“Son zamanlar başqalarından da oxşar sözlər eşidirik. Ancaq nazir postunda olmuş birisinin, dünyagörmüş insanın belə sözlər yazması təəssüf doğurur. Bu irqi və milli ayrı-seçkilikdir, rasist yanaşmadır”- deyə, politoloq vurğulayıb.
E.Şahinoğlu əlavə edib ki, ərəb ölkələrindən gələnlərin bir qisminin təmizliyə fikir vermədiklərini, küçədə gəzərkən qışqıra-qışqıra danışdığını iddia etmək olar.
“Hətta, beynimizin bir köşəsində terrorla bəzi ərəb ölkələri arasında bərabərlik işarəsi də qoya bilərik. Ancaq bunlar bizə əsas vermir ki, bütöv bir milləti aşağılayaq, onlara “Azərbaycana gəlməyin” deyək. Bir tərəfdən deyirik ki, ölkəyə çoxlu turist gəlsin, digər tərəfdən turistləri “yaxşı” və “pislərə” bölməyə çalışırıq. İndə nə edək ki, Azərbaycana Qərb ölkələri ilə müqayisədə ərəb ölkələrindən daha çox turist gəlir. Turist istəmirdik, bu da turist! Hansısa millətə qapını göstərmək olmaz! Əgər qapılarını turistlərə açmısansa, “Sən gəl, o birisi gəlməsin” deyə bilməzsən, bunu demək istəsən belə reallaşdırılması mexanizmi yoxdur. Digər tərəfdən bu çox təbliğ etdiymiz multikulturalizm – “azərbaycanlılar dini, milli və irqi zəmində tolerantdırlar” baxışımıza da ziddir”- deyə, pilotoloq bildirib.
Gununsesi.info