Politoloqlar İttifaqı Serj Sarkisyanı istefaya səslədi

  • By admin
  • 23 Avqust 2017 15:36

sarkisyan

“Serj Sarkisyan qan tökmək niyyətin yoxsa, o zaman istefa ver”.

Gununsesi.info xəbər verir ki, belə bir tələblə Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan 1in.am-a açıqlamasında çıxış edib.

“Mən bir xristian kimi Serj Sarkisyanın gələcək taleyi üçün çox narahatam. Mən birbaşa mətləbə keçərək deyirəm ki, özxoşuna sülh yolu ilə prezident kürsüsünü tərk elə. Boris Yeltsinin təcrübəsini davam etdirərək, vəzifəni tərk et. Mən tam səmimiyyətimlə demək istəyirəm ki, Sarkisyan sülh yolu ilə qan tökmədən hakimiyyətini başa vursun”- deyə, A.Ovanisyan bəyan edib.

Politoloq deyib ki, əgər Serj Sarkisyan apreldəki kimi prezident kürsüsəndən möhkəmcə yapışıb müqavimət göstərəcəksə, o zaman  cəmiyyətdə ciddi təlatümlər olacaq. “Bu cəmiyyət üçün bir çağırışdır. Əgər erməni xalqı indiki düşüncə ilə barışacaqsa, o zaman Serj Sarkisyan hakimiyyətdə qalacaq. Hansı ki, bu fikir mövcud olmamalıdır. Erməni xalqı bundan sonra da meşələrin yanması, Sevan gölünün məhv olması, mədənlərin bundan sonra da oğurlanması ilə barışacaqsa, qoy, o zaman Sarkisyan hakimiyyətdə qalsın. Əgər erməni xalqı özünü məhv etmək üçün sahilə çırpan balina olmaq istəyirsə, qoy, o zaman Sarkisyan hakimiyyətdə qalsın. Moskva Serj Sarkisyanın hakimiyyətdə qalmasının qiymətini yaxşı bilir ki, ona görə də hələ 3 sentyabrda bununla bağlı şərtləşiblər”- deyə, A.Ovanisyan bildirib.

Gununsesi.info