Politoloqların “üçlər”in görüşündən ciddi gözləntiləri yoxdur - millət vəkili isə fərqli düşünür

  • By admin
  • 13 İyul 2016 14:14

prezident

 

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüş vaxtı müəyyənləşdi. Belə ki, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani avqustun 8-də Bakıda görüşəcəklər. Görüşün təfərrüatları haqqında müfəssəl açıqlamalar verilməsə də, iqtisadi əməkdaşıgın və enerji məslələrinin həlli yolunda olacağı istisna edilmir. Politoloqların fikrincə isə görüş çərçivəsində Dağlıq Qarabağ məsələsi də görüşdən kənar müzakirə obyekti ola bilər.

“Fəallaşmanın arxasında  hələ ki münaqişənin həllinin sürətlənməsini görmürük”

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu görüş şübhəsiz baş tutacaq: “Görüşün avqustun 8-da keçirilməsi gözlənilir. Lakin prezidentlərin avqust görüşlərində daha çox iqtisadi əməkdaşlıq enerji məsələləri həll olunacaq. Çünki indi üç ölkə arasında “Şimal-Cənub Nəqliyyat” layihəsi qurulmalıdır və artıq iş çalışmalarına da başıanılıb. İran İR ərazisində müəyyən dəmir yolu xətti tikilməlidir. Bu da hər üç ölkənin maraqlarına cavab verir. Belə ki, bununla da, Azərbaycanın tranzit statusu artır. Müəyyən maliyyə gəlirlərimiz olacaq. İran Azərbaycan üzərindən Rusiya və Avropa bazarına çıxacaq. Rusiya isə əksinə, Azərbaycan və İran üzərindən Şərq ölkələrinə ticarət əlaqələrini yaxşılaşdıracaq. Ona görə də prezidentlərin bu görüşündə bu layihənin müzakirəsinin aparılacağını düşünürəm”- deyə o, bildirib. Politoloq hesab edir ki, avqust görüşündə prezidentlərin təklikdə də görüşü ola bilər: “İlham Əliyev Rusiya prezidenti Vladimir Putin və İran  prezidenti Həsən Rühani ilə görüşəcək. Həsən Ruhani ilə görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyinə inanmıram. Onsuz da İranın apardığı siyasət bizdə narahatlıq doğurur. Çünki iyulun 12-də verdikləri qərara görə, Ermənistana daha çox qaz satacaqlar. Çünki Gürcüstan ərazisində qazın nəqli Ermənistana bir müddət dayanacaq. Avqust ayının sonunadək təmir işləri gedəcək. İki gün öncə isə viza problemi ortadan qaldırıldı. İran-Ermənistan münasibətləri dinamik inkişaf edir. Ona görə də Azərbaycan prezidentinin Həsən Ruhaniylə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəyini zənn etmirəm. Rusiya prezidentiylə isə əksinə,  Putinlə Əliyev bu məsələ ətrafında fikir mübadiləsi aparacaqlar. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gəlişi göstərir ki, sanki Rusiya bu məsələdə bir az fəallaşıb. Bu fəallaşmanın arxasında isə hələ ki münaqişənin həllinin sürətlənməsini görmürük. Amma hər halda müsbət atmosfer yaranıb. Azərbaycan cəmiyyətinin bir hissəsində – siyasi dairələrdə belə bir gözlənti var ki, bəlkə bu dəfə Rusiya Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə gətirə bilər. Ona görə də Putinlə qısa bir fikir mübadiləsi ola bilər”.

“Lazım gəlsə, biz də vasitəçilik də edərik, məsələnin sülh yolu ilə həllini istəyirik”dən başqa bir soz deyilməyəcək…”

Politoloq Qabil Hüseynli öz növbəsində deyib ki, prezidentlərin avqust görüşündə Daqğlıq Qarabağ məsələsi formal olaraq, müzakirə edilə bilər: “Amma məlumdur ki, İranın bu məsələlərə qarışmasını Qərb də istəmir. Çünki İran beynəlxalq münasibətlərdə vasitəçilik missiyasını həyata keçirən dövlət kateqoriyasına daxil deyil. Bir çox məsələlərdə İran bu münaqişə başlayan andan etibarən tərəfkeşlik nümayiş etdirir Erməniləri müdafiə edir. Ermənilərə iqtisadi yardımların göstərilməsində, iqtisadi cəhətdən ehtiyaclarının ödənməsində hər cür yardım göstərib. Məsələ müzakirə oluna bilər. Amma İranın hər zaman təkrarladığı “Lazım gəlsə, biz də vasitəçilik də edərik, məsələnin sülh yolu ilə həllini istəyirik”dən başqa bir soz deyilməyəcək. Lakin İrana istəsə belə bu səlhiyyəti heç kəs verməyəcək. Çünki məsələ ATƏT-in nəzarəti altındadır. Rusiyaya gəlincə isə, o bu məsələdə inhisarçı mövqe tutur. Həm də bu məsələdə təkcə Rusiyanın fikri də yetərli deyil. ATƏT-in fikri əsasdır”.

“Bu görüşün regionumuzda sülhün və təhlükəsizliyin təmin olunmasında ,o cümlədən, uzun illərdir ədalətli həllini gözləyən Qarabağ münaqişəsinin çözümündə müsbət təsiri, töhfəsi olacaq”

Millət vəkili Kamilə Əliyeva isə belə zənn edir ki, avqustda 3 dövlət başçısının növbəti dəfə bir araya gəlməsi özü-özlüyündə mühüm və önməli siyasi hadisədir. Millət vəkili bildirib ki, şəxsən o, özü bu görüşü yerində və zamanında ola bir görüş hesab edir. “Hesab edirəm və inanmaq istəyirəm ki, bu görüşün regionumuzda,ümumən dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında ,o cümlədən, uzun illərdir ədalətli həllini gözləyən Qarabağ münaqişəsinin çözümündə müsbət təsiri, töhfəsi olacaq. Buna indiki reallıqda çox böyük ehtiyac var, bu, lazımlıdır və vacibdir”- deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

 

 

qab-1

 

qab-2

 

Ka`mile-a`liyeva`1_deputta`ta`

Gülnaz Qənbərli

Gununsesi.info