Polkovnik generaldan narazıdır

  • By admin
  • 15 Fevral 2022 21:20

Vətən müharibəsinin iştirakçısı ehtiyatda olan polkovnik Rəşad Həsənov Prezident  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Gununsesi.info-nun elektron poçtuna göndərilən müraciətdə ordu zabitinin məişət problemindən söhbət açılır.

Həmin məktubu təqdim edirik:

 

 

Hal-hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayıram. Həmin şəhərcikdəki bərbad vəziyyətlə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına mütaciət etmişəm.
Lakin heç bir tədbir görülməmişdir.
Düzünü desəm ki, çox acınacaqlı vəziyyətdə yaşayıram.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il arixli 569 nömrəli Fərmanına əsasən 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim.Lakin bugünədək mənzillə təmin olunmamışam.Halbuki həmin Fərmandan irəli gələn tələblərə əsasən mənzillə təmin olunanların siyahısına ilk növbədə qüsursuz xidməti (22 il qüsursuz xidmətim var),döyüş əməliyyatlarında iştirkaı (vətən müharibəsində iştirak edib xəsarət almışam), rütbəsi (polkovnik rütbəsindəyəm), tutduğu vəzifələri (iki ordu birliyində mühüm vəzifədə xidmət etmişəm),yaşayış şəraiti (yaşayış şəraitim çox acınacaqlıdır) nəzərə alınmalıdır. Maliyyə və Müdafiə Nazirliklərinin mənzil komissiyasına sual vermək lazımdır ki,daha nə etməliyəm ki, mənə mənzil verilməli idi?17 il döyüş bölgəsində xidmətim,Vətən müharibəsində iştirakım və müharibədə xəsarət almağım və çətin yaşayış şəraitim bəs etmirmi? 
Müdafiə Nazirliyinin mənzil komissiyasının sədri general-mayor Rasim Babayev, ümumiyyətlə mənzillərin bölgüsünü və mənzil alanların siyahını tərtib edərkən Müzəffər Ali Baş Komandanımızın Fərmanının 3-cü bəndinin tələblərinə niyə riayət etmir.
Əgər riayət etsəydi mən bu gün mənzillə təmin olunardım  və belə çətin şəraitdə yaşamazdım.
Hal-hazırda yaşadığım binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır. Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur. Maliyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət etdim,lakin onlar cavab məktubunda mənim siyahıda adımın 864-cü olduğumu bildirirlər. Sonradan telefonla əlaqə saxlayandan sonra bildirdilər ki,siyahı Müdafiə Nazirliyi tərəfindən hazırlanır.8 ildir ki, mənzil gözləyirəm amma yenə siyahıda 864-cü adamam. Azərbaycan Respublikası Prezidentinin Fərmanına və qanunvericiliyin tələblərinə əsasən polkovnik rütbəsində olduğuma və ailə sayına görə mənə 4 otaqlı mənzillə təmin ounmalı idim.
Xahiş edirəm Maliyyə və Müdafiə Nazirliklərinin mənzil komssiyasının vəzifəli şəxslərinə sual verin görəsən onlar ailələrinin belə şəraitdə yaşamaqlarına razı olacaqlarmı.
Mən bu yazıları yazarkən Allaha yalvarıram ki, yağış yağmasın. Çünki, yağan yağış evimin içinə damdığı üçün çox əziyyət çəkirəm. İnanıram ki,kömək edəcəksiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.İnanıram ki,kömək edəcəksiniz”.