Polkovnik-leytenant qəfil vəfat etdi - Foto

  • By Admin2
  • 25 Mart 2025 10:25

Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.

Gununsesi.info xəbər verir ki, FHN-in daxili xidmət polkovnik-leytenantı Ədalət Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Gununsesi.info