44 günlük Vətən müharibəsini Azərbaycanın şanlı Ordusu qələbə ilə başa vurdu. Haqq savaşında zəfər qazanmağımızı canı bahasına səngərdə döyüşən oğullarımıza borcluyuq. Qalib Ordumuzun cəsur döyüşçülərindən biri – Naxçıvan xüsusi təyinatlı qüvvələrin leytinantı 31 yaşlı Əli Kərimov döyüş yolundan danışıb. Kapitan Kərimov Vətən müharibəsinin ən məşhur qəhrəmanlarından olan igid polkovnik Tehran Mənsimovun silahdaşıdır, onun komandanlığı altında döyüşüb.
44 günlük Vətən müharibəsini Azərbaycanın şanlı Ordusu qələbə ilə başa vurdu. Haqq savaşında zəfər qazanmağımızı canı bahasına səngərdə döyüşən oğullarımıza borcluyuq. Qalib Ordumuzun cəsur döyüşçülərindən biri – Naxçıvan xüsusi təyinatlı qüvvələrin leytinantı 31 yaşlı Əli Kərimov döyüş yolundan danışıb. Kapitan Kərimov Vətən müharibəsinin ən məşhur qəhrəmanlarından olan igid polkovnik Tehran Mənsimovun silahdaşıdır, onun komandanlığı altında döyüşüb.
Virtualaz.org xəbər verir ki, Əli Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyində, oranı bitirəndən sonra isə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı ixtisası üzrə təhsil alıb. Təhsilini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirib. Türkiyədə bir çox təlimlərə- dağ təlimləri, anti-terror, özəl qüvvələr, şiddətli soyuqlarda müharibə və xizəkçilik üzrə kurslara qatlıb. Uzun illərdir Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində çalışır. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Əli bildirib ki, o, döyüşlərə oktyabr ayının 11-dən qoşulub. “Oktyabrın 10-da döyüşə hazırlıq əmri gəldi. Bizi Füzuli-Xocavənd istiqamətinə gətirdilər. Polkovnik Tehran Məsimov bizim ümumi rəhbərimiz idi, bütün fəaliyyətə nəzarət edirdi. Polkovnik birinci Qarabağ müharibəsində iştirak etmişdi və həmin bölgələrdə hərbi hissə komandir olmuşdu. O, əraziləri yaxşı tanıyırdı. Bizi qruplara böldü, tapşırqlarını verdi. Biz müharibədə öz komandirlərimizi yanımızda gördük. Generalın, polkovnikin əsgərə qardaş, yoldaş, dostum dediyi müharibə idi. Ona görə də müharibədə iştirak edənlərin əhval-ruhiyyəsi yüksək idi”,-cəsur döyüşçü danışıb.
Əlinin sözlərinə görə, onlara Məngələnata yüksəkliyini azad etmək tapşırığı verilib: “Bu çox təhlükəli tapşırıq idi.Çünki oradan düşmənə açıq hücum etmək ölümün üstünə getmək idi. Düşmən də həmin istiqamətdən zərbə vura biləcəyimizi gözləmirdi. Müxtəlif silahlarla oranın mühafizəsi təşkil olunmuşdu. Biz gecə düşmənin içinə sızdıq, əraziyə yaxınladıq və məqamı gözlədik. Mən 4-cü qrupun komandiri idim. Düşmənin orada təxminən 20-30 heyəti vardı. Artıq hava işqlanmışdı, düşmən bizi görürdü. Biz bu tapşırğı hava işıqlı olanda yerinə yetirirdik. Düşmən dayanmadan minaatanlardan atırdı. Buna baxmayaraq heç bir itki vermədən yüksəkliyi aldıq”.
Daha sonra Uryandağ yüksəkliyinə qədər irəliləyiblər. Füzulinin Yuxarı Yağlıvənd kəndini şəhid vermədən, eləcə də Divanalılar kəndlərini azad edərək, bir sıra vacib yüksəklikləri geri qaytarıblar.
Füzuli rayonunun Divanalılar kəndini düşmən işğalından azad edərkən Əli bir erməni ilə yaxın məsafədə gözlənilmədən qarşı-qarşıya gəlir. Düşmən cəld tərpənib Əliyə atəş açır. Mərmilər Əlinin sinəsində olan avtomatın daraqlarına dəyir. Əli eyni anda ona atəş açan ermənini boğazından və ağzından vurur. Həmin kənddə döyüşlər davam edib. Bu dəfə də Əli düşmən snayperinə tuş gəlib. Ancaq güllə üzərində olan əl bombasına dəyir. Əli deyir ki, əgər həmin an üzərimdəki bomba partlasaydı, sağ qalmaq ehtimalım yox idi: “3 qrupa bölünərək Uryandağ yüksəkliyi istiqamətində irəliləmək üçün əmr aldıq. Mənim, kapitan Nihat Babayev və baş leytenant Coşqun Əhmədovun qrupu orada olmalıydı. Oktyabrın 30-da gecə saat 11-də fəaliyyətə başladıq. Öndə mən gedirdim və düşmən səngərinə yaxınlaşıb girmək istəyəndə snayperlə vuruldum”.
Yaralanmasına baxmayaraq Əli döyüşü davam etdirib. Həmin döyüşdə Nihat Babayev qəhrəmancasına şəhid olub. Digər qrupun komandiri Coşqun Əhmədov isə düşmənin atdığı əl bombası nəticəsində ağır yaralanıb. Ancaq tapşırıq uğurla yerinə yetirilib…
Gununsesi.info