Polşanın Baş naziri Mateusz Moraviecki ölkəsinin artıq Ukraynaya silah göndərməyəcəyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baş nazir Moraviecki açıqlamasında bildirib.
Baş nazir bu addımın səbəblərini Ukrayna ilə münasibətlərin zədələnməsinə yol açan rəsmi Varşavanın Ukrayna taxılına tətbiq etdiyi sanksiyadan qaynaqlandığını söyləyib.
Baş nazir Moraviecki Rusiyaya qarşı qazanılacaq zəfər üçün yardımçı olduğunu, ancaq Ukraynadan edilən taxıl idxalının Polşa bazarlarını alt-üst etməsini qəbul etməyəcəyini vurğulayıb.
Moraviecki Ukrayna taxılının tranzit keçidinin davam edəcəyini bildirib.
“Polşa bu keçid üzündən, hansısa bir maliyyə ödəmir. Əksinə, bundan qazanc təmin edir”, – deyə Moraviecki açıqlayıb.
Moraviecki orduya yatırımlar üçün sifarişlərini artırdıqlarını dilə gətirərək belə deyib:
“Artıq Ukraynaya hər hansısa bir silah göndərməyəcəyik. Çünki artıq özümüz ən yeni silahlarla silahlandıracağıq”.
Tərcümə: Arzu