Polşa-Belarus sərhəd keçid məntəqələri açılır

  • Müəllif: Şəbnəm
  • 23 Sentyabr 2025 16:51

 Polşa ilə Belarus arasındakı sərhəd keçid məntəqələri çərşənbə günündən cümə axşamına keçən gecə yarısı açılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

Qeyd edək ki, Polşa bu ay Rusiyanın rəhbərlik etdiyi Belarusda keçirilən hərbi təlimlər səbəbindən sərhədi bağlamışdı. Sentyabrın 9-dan 10-na keçən gecə Rusiyanın 21 pilotsuz təyyarəsinin Polşa hava məkanına daxil olması NATO və Avropa İttifaqının üzvü olan Polşanın narahatlığını artırmışdı.

A border guard officer stands guard at the Polish-Belarusian border, in Polowce, Poland, Monday, July 21, 2025. (AP PhotoCzarek Sokolowski)

Baş nazir bildirib ki, təlimlərin yekunu müəyyən riskləri azaltmağa xidmət edir və Polşanın iqtisadi maraqlarını nəzərə alaraq, sərhəd keçid məntəqələrinin açılması qərarı qəbul edilib.

“Gərginlik artarsa, tərəddüd etməyəcəyik və müvafiq qərarlar qəbul edəcəyik”, – deyə o əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info