Polşa bu ölkələrin birgə təxribatını dayandırıb

Polşa hüquq-mühafizə orqanları Rusiya və Belarus arasında ölkədə sabitliyi pozmağa yönəlmiş birgə təxribat əməliyyatı hazırlayan hakerlər qrupunu aşkarlayıb.

Gununsesi.info xəbər verir ki, bunu Polşa baş nazirinin müavini Kşiştof Qavkovski deyib.

Onun sözlərinə görə, Belarus ərazisindən fəaliyyət göstərən hakerlər Polşanın dövlət qurumlarının və hərbi sifarişləri yerinə yetirən dövlət şirkətlərinin resurslarını sındırıblar.

Nazir qeyd edib ki, kiber hakerlərin vəzifələrinə məlumatları zorla almaq, şəxsləri və təşkilatları şantaj etmək, habelə faktiki kibermüharibə aparmaq daxildir. Nümunə olaraq o, Polşanın antidopinq agentliyi olan POLADA-ya haker hücumunu göstərib.

Kşiştof Qavkovski qruplaşmanın tərkibində neçə nəfərin olduğunu, eləcə də saxlanılanların sayını dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiya kəşfiyyatçıları üçün 10 milyon dollar təklif etmişdi.

 

 

İlhamə

Gununsesi.info