Polşa ilk “Bayraktar”larını təhvil alıb -FOTO

Polşa ilk “Bayraktar TB2” dronlarını alıb. Ölkəyə ümumilikdə 6 PUA təhvil verilib.

2021-ci ildə imzalanan müqavilə 24 ədəd “Bayraktar TB2”nin, həmçinin mobil müşahidə stansiyalarının, radarların və simulyatorların çatdırılmasını nəzərdə tutur.

Zərbə dronları Qərbi Pomeraniya Voyevodalığının Miroslavets Qurnıda yerləşən 12-ci PUA bazasında yerləşəcək. Burada PUA operatorlarının təlimi də təşkil olunacaq.

Qeyd edək ki, hazırda “Bayraktar TB2” operatorları arasında Azərbaycan, Qətər, Qırğızıstan, Liviya, Mərakeş, Niger, Pakistan, Türkmənistan, Türkiyə, Ukrayna və Efiopiya da var.