Polşa Lavrovun iştirak edəcəyi ATƏT-in iclasının boykotuna qoşuldu

  • By admin
  • 30 Noyabr 2023 10:41

Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bu həftə Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nazirlər toplantısında iştirak etməyəcək.

Gununsesi.info AFP-yə istinadən xəbər verir ki, bu barədə  jurnalistlərə Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Senk bildirib.

Şinkovski vel Senkin sözlərinə görə, o, ATƏT-in iclasında iştirak etməyəcək və heç bir müavinini Şimali Makedoniyanın paytaxtına göndərməyəcək.

“Biz sadəcə olaraq Rusiya xarici işlər nazirinin Avropada sülh və təhlükəsizlik qurmalı olan bir təşkilatın masasında iştirak edəcəyinə göz yuma bilmərik”, – deyə o bildirib.

Lavrovun iştirakını “qəbuledilməz” adlandıran Şinkovski vel Senk əlavə edib ki, Polşa əvvəllər ATƏT-in iclasını buraxacaqlarını bəyan edən Baltikyanı ölkələrin fikrini bölüşür.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi nazirin ATƏT-in iclasında iştirakdan imtina etməsini təşkilatçıların Rusiya xarici işlər naziri Sergey Lavrovu iclasa dəvət etməsi ilə əlaqədar elan edib. Ardınca Baltikyanı ölkələrin xarici işlər nazirləri ATƏT-in iclasını boykot etməyə qoşulublar.

Kulebanın sözlərinə görə, daha bir neçə həmkarı ona Skopyedəki görüşdə iştirak etməyəcəklərini təsdiqləyib.

Bəzi dövlətlər fərqli qərar veriblər. Məsələn, Bolqarıstan Lavrovu daşıyan təyyarə üçün hava məkanını açıb.

Gununsesi.info