Polşa lideri Ali Radada çıxış edəcək

  • By admin
  • 22 May 2022 11:57

Polşa Prezidenti Anjey Duda Ukraynada səfərdədir və Ali Radada çıxış edəcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa liderinin ofisi tviterdə məlumat yayıb.

“Anjey Duda Ukraynadadır. Bazar günü o, Kiyevdə Ali Radaya müraciət edəcək”, – məlumatda deyilir.

Onun müharibə başlayandan bəri Ali Radada belə bir çıxış edəcək ilk xarici dövlət başçısı olacağı vurğulanır.

Dudanın beynəlxalq məsələlərə cavabdeh olan ofisinin nümayəndəsi Yakub Kumokun sözlərinə görə, səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş və nümayəndə heyətinin ikitərəfli danışıqları da planlaşdırılır.

Gununsesi.info