Polşa millisi baş məşqçisi ilə müqavilə yenilədi

  • By admin
  • 18 May 2020 20:26

Polşa Futbol İttifaqı millinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadıb.

Yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək.

Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb.

Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək AVRO-2020-də çıxış edəcək.

 

 

Gununsesi.org