
Polşanın ən böyük müxalifət partiyası olan “Vətəndaş Platforması”nın lideri Donald Tusk ölkədə parlament seçkilərinə cəmi iki həftə qalmış daha bir anti-hökumət “Milyon Ürək Yürüyüşü”nə toplaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə “EurActiv” məlumat yayıb.
Mitinqin Varşava küçələrində hazırkı hökumətyönlü Qanun və Ədalət (PiS) partiyasının minlərlə əleyhdarının toplaşacağı gözlənilir.
“Hər dəfə insanlar bir araya gələndə və bu hökumətə bu barədə nə düşündüklərini söyləməkdən çəkinmirlər… biz hiss edirik ki, Polşanı bu qaranlıq gecədən xilas etmək üçün lazım olan dəyişiklik günü çox, çox tezliklə gələcək”, – deyə Tusk bildirib.
O, hər kəsi fikirlərindən asılı olmayaraq, seçkilərdə iştirak etməyə çağıraraq, Polşanın necə olacağını qarşıdan gələn parlament seçkilərinin müəyyənləşdirəcəyini vurğulayıb.
Sosial Dəyişiklik İnstitutunun hökumətyönlü nəşr olan wPolityce.pl üçün keçirdiyi son sorğunun nəticələrinə görə, PiS-i respondentlərin 39%-i dəstəkləyir. Tuskun rəhbərlik etdiyi Vətəndaş Koalisiyası bloku 30% dəstəklə ikinci yerdədir.
Yada salaq ki, iyun ayında Varşavada Polşa hakimiyyətinə qarşı keçirilən etiraz aksiyasında bir neçə yüz min insan iştirak edib və bu, müxalifətin son dövrlərin ən böyük nümayişlərindən birinə çevrilib.
Səid Əhmədli
Gununsesi.info