Polşa ölkədə ilk atom elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb

  • By admin
  • 28 Sentyabr 2023 08:44

ABŞ-da Polşanın Baş naziri Mateuş Moravetski Amerikanın Westinghouse şirkəti ilə Polşada ilk atom elektrik stansiyasının tikintisinə dair müqavilənin imzalanmasında iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Saziş amerikalı mütəxəssislərin Polşa Pomeraniyasında atom elektrik stansiyasının layihələndirilməsi və tikintisində iştirakını nəzərdə tutur. Polşa tərəfdən işi əvvəllər müvafiq icazə almış Polskie Elektrownie Jądrowe şirkəti həyata keçirəcək.

Moravetskinin sözlərinə görə, AES-in tikintisi Polşanı “Mərkəzi Avropa ölkələri üçün təhlükəsizlik təminatçısı edəcək, necə ki, bu gün Polşa artıq qaz mərkəzinə – qaz tərəfində müstəqil dövlətə çevrilir”.

Polşa bütün enerjinin təxminən 30%-ni istehsal edəcək hər birində üç reaktor olan cəmi üç AES-ə sahib olmağı planlaşdırır.

Səid Əhmədli
Gununsesi.info