Çərşənbə axşamı Polşa polisi müxalifətçi deputatı baş nazir Mateuş Moravietskinin seçki kampaniyası zamanı çıxışını yarımçıq saxladıqdan sonra onun deputat toxunulmazlığını pozaraq qısa müddətə saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.
Polşa hökumətini tənqid edənlər polisin davranışını qanunun aliliyinin pisləşməsinə nümunə kimi tənqid ediblər.
Deputat Kinga Qayevskaya Varşava yaxınlığındakı Otvok şəhərində Moravietskinin çıxışını kəsmək üçün meqafondan istifadə edib.
TVN24 xəbər verir ki, müxalifət siyasətçiləri Moravietskinin çıxış etdiyi yerin yaxınlığında aksiya keçiriblər.
Qayevskaya meqafondan istifadə edərək, afrikalılara və asiyalılara viza vermək üçün rüşvət aldığı bildirilən bəzi konsulluq məmurlarının iştirakı ilə viza qalmaqalını işıqlandırıb.
Polşanın hakim “Hüquq və ədalət” partiyası oktyabr seçkiləri ərəfəsində qalmaqalı azaltmağa çalışır.
Müxalifət lideri Donald Tusk tərəfindən yayımlanan videoda polisin Qayevskayanın deputat olduğunu deməsinə baxmayaraq, polisin onu maşına mindirməsi görünür.
33 yaşlı Qayevskayanın mənsub olduğu Vətəndaş Koalisiyası seçki alyansının baş katibi Marçin Kiervinski deputatın saxlanmasını qınayıb.
Daha sonra polis bildirib ki, əvvəlcə onun deputat olduğunu biləyiblər: “Biz bugünkü müdaxilənin həbs olmadığını vurğulayırıq. Bu, həbs deyil, saxlanılmaqdır”.
Səid Əhmədli
Gununsesi.info