“Varşava Ukraynanın sərhədyanı ərazilərində Rusiya raketlərini məhv etmək üçün öz hava hücumundan müdafiə sistemlərindən istifadə imkanlarını öyrənir”.
Gununsesi.info -nun verdiyi xəbərə görə, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirib.
“Bu məsələyə hüquqi və texniki baxımdan baxılır, lakin bu iş üzrə heç bir qərar yoxdur”, – deyə o, “Ukrinform”a müsahibəsində bildirib.
Vronski əlavə edib ki, Ukrayna tərəfi oxşar təşəbbüslə Polşaya müraciət edib.
Onun sözlərinə görə, söhbət hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsindən deyil. Polşada istifadəsindən gedir. Bu barədə müzakirələr martın 24-dən sonra, Rusiyanın uzaqmənzilli təyyarəsi tərəfindən buraxılan raketin Polşa hava məkanını keçərək Ukraynanın qərbinə doğru uçmasından sonra başlayıb. Vronski əlavə edib ki, Varşava bu cür raketləri məhv etmək üçün hava hücumundan müdafiə sistemlərindənistifadə imkanları və belə bir addımın hüquqi nəticələrini müzakirə edir.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 20-də braziliyalı jurnalistlərə müsahibəsində NATO təyyarələrinin Rusiya raketlərini vurmasını təklif edib.
“Əgər bu təyyarələr qonşu dövlətlərin ərazisində havaya qalxsa və Ukraynaya uçan raketləri vursa, mən bunu yalnız alqışlayacağam. Çünki həmi raketlər qonşu dövlətlərin ərazilərinə də uça bilir. Artıq belə faktlar Polşa və Rumıniyada qeydə alınıb”.