Polşa Rusiyanı bu şəhərlə hədələdi

“Varşava Ukrayna Silahlı Qüvvələrinə kömək üçün öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır. Lakin ağır itkilərin qarşısını almaq üçün Polşa Rusiyanı Kalininqradın blokadası ilə hədələyəcək”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri politoloq Rostislav İşçenko deyib.

HTML tutorial

“Ukrayna Prezidenti Vladimir Zelenski deyir: Hazırda ehtiyatlara ehtiyac var, ön tərəfdəki boşluqları nə iləsə bağlamalıyıq. Görünür, polyaklar ona belə dəstək verməyə hazırdır. O cümlədən öz qoşunlarını Qərbi Ukrayna ərazisinə daxil etməklə”, – İşçenko ukraina.ru-ya bildirib.

O qeyd edib ki, Polşa prezidenti Anjey Duda Polşa ordusu üçün risklərdən xəbərdardır, ona görə də onun təhlükəsizliyi naminə Litva prezidenti Gitanas Nauseda vasitəsilə Rusiyanı Kalininqradın blokadası ilə hədələyəcək.

Ukrayna, Polşa və Litva prezidentləri Ukraynaya hərbi və humanitar dəstəyin davam etdirilməsi haqqında bəyannamə imzalayıblar. Həmçinin, Polşa prezidenti Zelenskiyə “Leopard” tankları vəd edib.

Hərbi ekspertlərin fikrincə, Kiyevə tankların göndərilməsi Ukrayna münaqişəsinin eskalasiyasında yeni mərhələyə gətirib çıxaracaq.

Gununsesi.info