Polşa şərq sərhədini gücləndirməyi planlaşdırır

Polşa Rusiya qüvvələrinin Ukraynadakı hərəkətləri ilə əlaqədar şərq sərhədini möhkəmləndirmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Tomaş Simoniyaka istinadən məlumat yayıb.

“Bu, inqilabi layihədir, mülki müdafiə sistemini dəyişəcək” – deyə nazir bildirib.

Bildirilir ki, Polşa Ukraynadakı hərbi əməliyyatı fonunda Rusiya ordusunun ehtimal olunan təhdidlərinə qarşı şərq cinahını gücləndirmək üçün milyardlarla zlotı investisiya edəcək.

İyul ayında bildirildi ki, Polşa ordusu Borsuk piyada döyüş maşınlarının (İFV) ilk partiyasını almağı planlaşdırır.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyi Belarus və Rusiya sərhədlərində hava hücumundan müdafiə bölməsini gücləndirmək üçün “Şərq şəfəq” əməliyyatının hazırlığını elan edib.

Eyni zamanda NATO Polşada Aegis Ashore raketdən müdafiə sisteminin hazır olduğunu bəyan edib.

 

 

Günay

Gununsesi.info