Polşa Ukrayna üçün vəsait ayıracaq

Polşa Çexiyanın Ukrayna üçün mərmi almaq təşəbbüsü üçün vəsait ayıracaq.

Gununsesi.info xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski “European Pravda”ya müsahibəsində “texniki, inzibati və hüquqi məsələlərin” maneəyə çevrildiyini bildirib.

“Dövlət strateji ehtiyatlar agentliyi ilə bağlı müəyyən texniki, inzibati və hüquqi məsələlər var”, – deyə Sikorski bildirib.

O, əlavə edib ki, idarəsi üzərinə düşəni edib və digər nazirliklərdən də öhdəliklərinə əməl edəcəklərini gözləyir.

Sikorskinin sözlərinə görə, bu il 50 milyon avro və gələn il də eyni məbləğin ayrılması üçün siyasi həll var.

 

 

Gununsesi.info