
“Volın qırğını ilə bağlı məsələlər həll olunmadan Ukrayna Avropa Birliyinə qəbul edilə bilməz.”
Gununsesi.info xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
“Aydın deməliyik. Volın qırğını məsələsi həll olunmasa, Ukraynanın Aİ-yə qoşulması olmayacaq”.
Siyasətçi vurğulayıb ki, Varşava Kiyevə təzyiq göstərməyəcək və Volın qırğını qurbanlarının cəsədlərinin eksqumasiyası məsələsini növbəti hərbi yardımın göstərilməsi üçün şərt qoymayacaq.
Lakin Ukraynanın Avropa Birliyinə daxil olması Polşanın tələblərinin ödənilməsindən asılı olacaq.
Bundan əvvəl Rusiya-Polşa Dialoq və Harmoniya Mərkəzinin keçmiş rəhbəri Yuri Bondarenko Ukraynanın Volın qırğınının qurbanlarının qalıqlarının çıxarılmasına razı olmayacağını bildirmişdi.
Onun fikrincə, Polşa tərəfi Kiyevdən Ukraynanın Polşanın vassalı olmasının tanınmasını eşitmək istəyir.
Şəbnəm
Gununsesi.info