Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Polşa Xarici İşlər Nazirliyi bütün vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, XİN, həmçinin ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Rəsmi Varşava bunu martın 30-u Rusiyada həbs edilən amerikalı jurnalistlə bağlı məsələ ilə əlaqələndirib.

Qeyd edək ki, ABŞ da ötən gün öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırmışdı.

Xatırladaq ki, ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç Yekaterinburq şəhərində saxlanılıb. Daha sonra Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalisti casusluq ittihamı ilə həbs edib.

 

Gununsesi.info