
Polşa Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlıq ifadə edib, Azərbaycan və Ermənistanı münaqişəni diplomatik yolla həll etməyə çağırıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Polşa XİN-in “Twitter” səhifəsində bildirilib.
“Polşa XİN Dağlıq Qarabağ regionunda hərbi toqquşmalar haqqında məlumatlardan dərin narahatdır. Tərəfləri döyüşləri dayandırmağa, de-eskalasiyaya və Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırırıq”, – deyə qeyd olunub.
Gununsesi.info