
Polşanın xarici işlər naziri Radoslav Sikorski Qərb ölkələrini Rusiya ərazisinə hücumlar üçün Ukraynaya uzaqmənzilli raketlər ötürməyə çağırıb.
Gununsesi.info-nun məlumatına görə, Sikorski X sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Qərb “Ukraynaya qarşı son hücuma cavab verməlidir”.
Diplomatın fikrincə, Kiyevə uzaqmənzilli raketlərin tədarükü Rusiya ərazisindəki komanda mərkəzlərini məhv etməyə imkan verəcək.
Gununsesi.info