Polşada daha əvvəl koronavirusa yoluxan 13 nəfər sağalıb.
Gununsesiaz.info bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş sanitar inspektoru Yaroslav Pinkas deyib.
“Biz gündə 1500-ə yaxın test edirik. 13 nəfər sağalıb. Bu, yaxşı məlumatdır”, – Pinkas bildirib.
Ən son məlumatlara görə, Polşada 93 nəfər koronavirusa yoluxub. Ölkədə ilk yoluxma faktı martın 4-də qeydə alınıb.
Gununsesiaz.info