Polşada Ətraf Mühit naziri Mixal Vosda koronavirus aşkar edilib.
İnterfax.ru xəbər verir ki, hökumətin martın 10-da keçirdiyi sonuncu iclasda Mixal Vosla birlikdə 24 nazirdən 15-i iştirak edib.
İclasda iştirak edən həmin şəxslər karantinə yerləşdirilib.
Polşanın Baş naziri Mateuş Moravetski iclasda iştirak etməyib.
Xatırladaq ki, Polşada 205 nəfər koronavirusa yoluxub, 5 nəfər bu virusdan həyatını itirib.
Polşa Səhiyyə Nazirliyi ölkədə virusa yoluxma halının 2-3 həftədən sonra pik həddə çatacağını bildirib.
Xəbər oxu.az saytında dərc edilib.