Polşada daha bir azərbaycanlı ölü tapıldı
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə ölən şəxsin tanışları məlumat yayıb.
Son zamanlar Polşada yaşayan soydaşlarımızla əlaqədar acı xəbərlər alırıq. Polşanın xəbər portallarının yazdıqlarına əsasən,16 fevral 2024-cü il tarixdə şəxsiyyəti hələ də açıqlanmayan 39 yaşlı Azərbaycan vətəndaşı kirayə qaldığı otaqda başından güllə yarası alıb və xəstəxanada dünyasını dəyişib. Hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. İlkin rəyə əsasən şəxsin özünü öldürdüyü ehtimal edilir. Hadisənin 2-ci Dünya Müharibəsi silahı ilə tördildiyi qeyd edilir. Lakin bizdə bu barədə heç bir məlumat yoxdur. Normalda bu cür hallar olduqda, hüquq mühafizə orqanları tərəfindən ilkin məlumat diplomatik nümayəndəliklərə verilir. Ümid edirik ki, bu barədə səfirliyimizə məlumat verilib və onlar artıq bu işlə məşğul olurlar.
Şəxsin o silahı haradan əldə etdiyi, özünü niyə öldürdüyü ciddi şəkildə araşdırılmalıdır.
Gununsesi.info