Polşada fermerlərin genişmiqyaslı etiraz aksiyası başladı - FOTO

  • By admin
  • 06 Mart 2024 15:56

Polşanın paytaxtı Varşavada martın 6-da fermerlərin genişmiqyaslı etiraz aksiyası başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.

Aksiya başlamazdan əvvəl paytaxtda fermerlərin kütləvi şəkildə toplaşması ilə bağlı ilk insidentlər barədə məlumatlar ortaya çıxıb. Etirazçılar Nazirlər Kabinetinin binasının qarşısında təkərlər, eləcə də Polşa kənd təsərrüfatının simvolizə edən olan tabut yandırıblar.

“Polsat News” əməkdaşının məlumatına görə, fermerlər Ukrayna əleyhinə plakatlar qaldırıblar.

KİV-in məlumatına görə, fermerlərin Varşavaya traktorlarla daxil olmasına icazə verilməyib, onların paytaxta daxil olmasının qarşısını almaq üçün baryerlər quraşdırılıb.

Çıxışlardan sonra etirazçılar  Seymin binasına yollanıb. Fermerlər spiker Şimon Qolovnyanın onlara gəlməsini tələb edirlər.

Polşanın baş naziri Donald Tusk bir gün əvvəl ölkədə son bir neçə aydır kütləvi etiraz aksiyaları keçirən fermerləri mübahisəli məsələləri həll etmək üçün bu şənbə, martın 9-da görüşməyə dəvət edib.

Polşanın baş naziri həmçinin Avropa Komissiyasını Rusiya və Belarusdan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına sanksiyalar tətbiq etməyə çağıran qətnamə layihəsinin Seymə təqdim edildiyini açıqlayıb.

Gununsesi.info