Polşada generallar kütləvi şəkildə işdən çıxarılır

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış generalları kütləvi şəkildə işdən çıxarmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Onet məlumat yayıb.

Bildirilir ki, Qanun və Ədalət partiyası hakimiyyətdə olarkən məşhurlaşan general Robert Qlomb vəzifəsini itirib.

Onun NATO strukturlarından qovulduğu və müdafiə nazirinin aparatına keçdiyi qeyd edilir.

Bundan əlavə, “karyeralarını əvvəlki hökumətə borclu olan” ən azı üç general işdən çıxarılıb.

Generallar Roman Kopka, Qrzeqorz Skorupski və Rişard Parafianoviç tutduqları vəzifələrdən uzaqlaşdırılıb.

Ölkənin Müdafiə Nazirliyi müdafiə idarəsi rəisinin qərarlarını “Polşa Silahlı Qüvvələrinin ehtiyacları” ilə izah edib.

Avqustun 4-də NATO müttəfiqləri Polşa hakimiyyətinə petisiya göndərərək onlardan briqada generalı Artur Yakubçiki alyansın qərargahındakı Beynəlxalq Hərbi Qərargahdan geri çağırmağı xahiş ediblər.

Onun davranışı “irqçi və homofobik” kimi qiymətləndirilib.

 

 

Şəbnəm

Gununsesi.info