Mateuş Moravetski hökuməti etimad səsini itirdikdən sonra Polşa parlamenti Donald Tuskun baş nazir olmasına səs verib.
Gununsesi.info xəbər verir ki, Tusk 201 əleyhinə 248 səslə növbəti baş nazir vəzifəsinə təsdiq edilib.
Yeni baş nazirin sabah kabinetini təqdim edəcəyi və parlamentdən etimad səsi alacağı gözlənilir.
Oktyabrın 15-də keçirilən seçkilərdə Morawiecki-nin Qanun və Ədalət (PiS) partiyası səs çoxluğu qazana bilməyib.
PiS-in müttəfiqi olan prezident Anjey Duda buna baxmayaraq, hökumətə rəhbərlik etmək üçün Morawiecki-nin namizədliyini irəli sürüb.
Parlament Moravetski hökuməti üçün keçirilən parlament səsverməsində etimad səsini ala bilməyib.
Beləliklə, Moravetski hökumətinin səkkiz illik hakimiyyəti sona çatıb.
Bu həftə vəzifəyə başlaması gözlənilən Tusk əvvəllər 2007-2014-cü illərdə Polşanın baş naziri, daha sonra isə Avropa Şurasının sədri vəzifələrində çalışıb.
Gununsesi.info