Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

  • By admin
  • 19 May 2020 15:49

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib.

Bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyindən daxil olmuş şifahi məlumata əsasən, Varşava-Bakı xətti üzrə xüsusi təxliyyə reysi mayın 21-də həyata keçiriləcək:

1) Uçuşun Varşavadan həyata keçirilməsi nəzərdə tutulur.

2) Satışa çıxarılan biletlərin məbləği 350 ABŞ dolları təşkil edəcək.

3) Biletlər xüsusi elektron linklər vasitəsilə satışa çıxarılacaq. Elektron linklər fərdi qaydada elektron mail ünvanına göndəriləcək.

4) Bilet almış hər sərnişin üçün 22 kq təhvil verilən yük və səkkiz kiloqrama qədər əl yükü nəzərdə tutulur.

Təhvil verilən hər əlavə yükün dəyəri 50 ABŞ dolları təşkil edəcək.

Gununsesi.org