Bu gün Polşada prezident seçkiləri keçirilir.
Gununsesi.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da başlayıb.
Seçki məntəqələri saat 21.00-da bağlanacaq. Seçkilərə 11 namizəd qatılıb. Anjey Duda ikinci müddətə prezident kürsüsünə sahib olmaq üçün mübarizə aparır.
Polşada səsvermə hüququna malik 30 milyon nəfərdən 387 mini xarici ölkələrdə açılan seçki məntəqələrində səs verəcək.
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar səsvermə qarışıq prinsiplə keçirilir. Seçicilər seçki məntəqələrində, yaxud karantində olanlar və arzu edənlər isə müvafiq qaydada müraciət etdikdən sonra poçt qutuları vasitəsi ilə səs verəcəklər. Seçki məntəqələrində seçicilər 1,5 metr sosial məsafəni gözləməli, tibbi maska taxmalıdırlar. Seçki məntəqələrinin üzvləri maska və əlcəklərlə təmin ediliblər, girişdə dezinfeksiya məhlulları qoyulub.
Seçkilərin nəticələrinin iyulun 1-dək açıqlanması nəzərdə tutulur. Ancaq səsvermədən dərhal sonra exit-poll-un nəticələri açıqlanacaq.
Gununsesi.org