Polşada Gürcüstanın iki vətəndaşı Vrotslav şəhərinin 21 yaşlı sakinini qətlə yetirməkdə ittiham olunaraq saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 27-də səhər saat 5-də Polşanın Vrotslav şəhərində baş verib. Qətldən əvvəl gənclər arasında dava olub. Şübhəlilərdən birinin 23 yaşı var.
Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.
Gununsesi.info