“”Azərbaycan mətbuatında “axtarışa verilən sabiq icra başçısı həbs olundu” başlığı ilə xəbərlər yayılıb.
Bildirilir ki, Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunan və İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Nuriyev Polşada həbs olunub.
Bununla əlaqədar olaraq dostlarda yaranmış narahatlığı nzəərə alaraq bildirmək istəyirəm ki, saxta ittihamlarla saxlanılan Ukrayna vətəndaşı, Ali Radanın Hüquq Komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev həbs olunmayıb”.
Gununsesi.info bildirir ki, bunu ADR Partiyasının rəhbəri Qubad İbadoğlu sosial şəbəkədə yazıb.
O, bildirib ki, sabiq başçı barəsində araşdırma aparılandan sonra tezliklə azad olunacağı gözlənilir:
“Əlavə məlumat əldə edən kimi sizə çatdıracağıq”.
Gununsesi.info