Polşada saxlanılan sabiq icra başçısının məhkəməsi təxirə salındı

Polşada saxlanılan Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı , Ukrayna vətəndaşı olan Elxan Nuriyevin bu günə təyin olunan məhkəməsi təxirə salınıb.

Bu barədə Gununsesi.info-ya vəkil Əsabəli Mustafayev bildirib:

HTML tutorial

” Polşadakı vəkillər və Ukraynalı dostlar xəbər verirlər ki, bu gün məhkəmə onun ekstradisiya məsələsinə baxmalı idi.Ancaq bu barədə qərar qəbul olunmayıb, yalnız həbs müddəti dekabrın 5-ə qədər uzadılıb. Bu pisdən bir az yaxşıdır. Müdafiənin həm burada, həm də orada davamı üçün vaxt alınıb”.

Qeyd edək ki, Elxan Nuriyev Azərbaycan tərəfindən axtarışdadır. O, 30 il əvvəl baş vermiş qətldə ittiham olunur.
Hüquq müdafiə təşkilatları və özü bu ittihamı rədd edir, siyasi fəallığına görə qurama adlandırır.
Onu da əlavə edək ki, Elxan Nuriyev Ukraynada tanınmış ictimai fəaldır.

Mətləb
Gununsesi.info