Polşada ukraynalı qaçqınları döydülər

Polşanın Lublin şəhərində ukraynalı qaçqın ailə döyülüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı Polşanın “Dziennik Wschodni” qəzeti yayıb.

Məlumata görə, insident şəhərin mərkəzində avtobus dayanacağında baş verib. Belə ki, iki naməlum kişi ukraynalı qaçqın Oksana, onun 27 yaşlı hamilə qızı və 13 yaşlı oğluna yaxınlaşaraq onlardan siqaret istəyib. Qadının qızı həmin şəxslərə Ukrayna aksenti ilə Polşa dilində cavab verib və siqaret çəkmədiklərini bildirib.

Buna cavab olaraq, sözügedən şəxslər ailəni təhqir edərək döyməyə başlayıblar. Onlar ailədən Ukraynaya geri dönməyi tələb ediblər.

İnsidentlə bağlı ailə xəstəxanaya və polisə müraciət edib.

Qeyd edək ki, son məlumatlara görə, Polşada 950 min ukraynalı qaçqın yaşayır.

Gununsesi.info